Aug 28 2019 18:47
Views: 258

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsində bu il 20 komanda yarışacaq. Bu barədə müsabiqə ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib. Bildirilib ki, bu il müsabiqənin əhatə dairəsi çox genişlənib, ümumilikdə, “AZCLOUD Hackathon 2019”da 84 iştirakçı iştirak edəcək.
Bu yarışmada iştirak həmçinin mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır. “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimum isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarətdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, Azərbaycanında hər bir sahənin inkişafında innovasiyalar və müasir texnologiyaların tətbiqi vacibdir. Ölkə prezidentinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq iqtisadiyyat innovasiyalar əsasında inkişaf etdirilməlidir. Onun sözlərinə görə, innovativ inkişaf modelinin reallaşması üçün ölkənin iqtisadi siyasətində qanunvericilik bazası təkmilləşdirilib.
Bu il “AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 min 700 tamaşaçı tutumlu Bakı Olimpiya Stadionunda keçirilir.

 


Create Account



Log In Your Account