Jul 05 2019 16:29
Views: 299

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Salyan şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılır. Yeni layihənin icrasına qədər Salyan şəhərində 1950-70-ci illərdə yaradılmış içməli su təchizatı və kanalizasiya sistemləri istismarda olub. Şəhərə içməli su 1972-ci ildə sutəmizləyici qurğudan verilirdi. 70 km içməli su şəbəkəsi şəhəri tam əhatə etmirdi. Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup  su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən şəhərə 9 km magistral su xətti çəkilib. 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Salyan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Tutumu 7500 kubmetr tutumu olan su anbarı tikilib. Bununla da şəhərə içməli suyun verilməsi təmin edilib və istismar tələblərinə cavab verməyən  sutəmizləyici qurğunun, həmçinin  3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılıb.

Bundan sonra mərhələlərlə şəhərin daxili şəbəkələrinin yenidən qurulmasına başlanılıb və hazırda bu sahədə işlər  yekunlaşmaq üzrədir. 

Şəhərdə 131 kilometr içməli su və 123 km kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulub. İndiyədək Babacanlı yaşayış massivi və şəhərin mərkəzi hissəsi daxil olmaqla 83 km su şəbəkəsi yaradılıb. Şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfər sakin faydalanacaq.


Create Account



Log In Your Account