Oct 01 2019 19:21
Views: 265

“Azərbaycan əhalisinin sayı son 10 il ərzində, yəni 2009-cu ildən bu günə qədər 12,1 faiz artıb. Bunu oktyabrın 1-dən 10-dək Azərbaycanda keçiriləcək əhalinin siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Bildirib ki, əhalinin siyahıyaalınması ilə bağlı bütün hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Bakı Dəmir Yolu Vağzalında gecə reysləri ilə gedən insanların siyahıya alınması həyata keçirilib. Bu gün səhər saat 08:00-dan başlayaraq isə mənzillərə gedilir və əhali siyahıya alınır.
Müstəqillik dövründə sayca 3-cü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində 46 sual, siyahıyaalınma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə 52 sual öz əksini tapıb. Proses iki hissədən ibarətdir - həm mənzil fondu, həm də insanlar siyahıya alınır. Mənzil fondunun qeydiyyata alınması növbəti 10 il üçün bu sahədə proqnoz verilməsinə şərait yaradacaq. Komitə sədri deyir ki, Mənzil fondunun siyahıya alınmasına səbəb son 10 ildə ev təsərrüfatlarında aparılan dəyişikliklər olub.
İlk dəfə olaraq ev təsərrüfatları ilə yanaşı, ailələrin də sayı müəyyən ediləcək. Xaricdə yaşayan Azərbaycan vətəndaşları da siyahıya alınacaq. Siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.


Create Account



Log In Your Account