Oct 03 2019 19:27
Views: 562

Oktyabrın 1-dən Azərbaycanda əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb. Bakının Nərimanov rayonunda bu işə 659 sayıcı cəlb edilib. İki gün ərzində rayon üzrə 35 mindən çox vətəndaş siyahıya alınıb.
Bakı sakini Vəli Manafov siyahıyalınmanın keçiriləcəyindəm məlumatlıdır. Deyir ki, bu haqda televiziyada nümayiş olunan reklam çarxlarından və internetdən xəbər tutub.
Ölkə ərazisi 720 siyahıyaalma, 6 777 təlimatçı və 33 907 sayıcı məntəqəsinə bölünüb. Bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib. 
Proses iki hissədən ibarətdir -  həm mənzil fondu, həm də insanlar siyahıya alınır. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual öz əksini tapıb.
Ölkə prezidentinin Fərmanına əsasən keçirilən siyahıyaalınma oktyabrın 10-a kimi davam edəcək. On ildən bir keçirilən siyahıyalınmanın məqsədi əhalinin dəqiq sayı, iqtisadi inkişaf, infrastruktur, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumatlar əldə etməkdir.


Create Account



Log In Your Account