Oct 10 2019 19:42
Views: 343

Oktyabrın 1-dən start verilən əhalinin siyahıyaalınması bu gün yekunlaşır.  Oktyabrın 8-ə olan məlumata görə, ölkə əhalisinin 81%-dən çoxu siyahıya alınıb. Dövlət Statistika Komitəsinin Siyahıyaalınma qrupunun rəhbəri Azad Abbasəliyev CBC-yə müsahibəsində deyib ki, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edib. Qrup rəhbəri bildirib ki, Azərbaycanda dünya təcrübəsində olduğu kimi bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər. Belə olan halda sayıcılar həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Bundan sonrakı  5 gündə evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək. Əsas məqsədlərdən biri məlumatın keyfiyyətini təmin etməkdir.


Create Account



Log In Your Account