Oct 07 2019 20:15
Views: 49

“Oktyabrın 1-dən start verilən əhalinin siyahıyaalınması yüksək səviyyədə davam edir. Beş gün üçün olan məlumatlara əsasən, ölkə əhalisinin təxminən 50 faizdən çoxu siyahıya alınıb”. Bu barədə CBC-yə Dövlət Statistika Komitəsinin Siyahıyaalınma qrupunun rəhbəri Azad Abbasəliyev məlumat verib. Bildirib ki, əhalinin növbəti siyahıyaalınması ilə bağlı komitədə “Qaynar xətt” əlaqə mərkəzi də yaradılıb. Burada vətəndaşları maraqlandıran suallar cavablandırılır. Eləcə də, yaranan çətinliklər operativ şəkildə aradan qaldırılır. İndiyədək mərkəzə 20-yə yaxın müraciət daxil olub.
Əgər gedilən ünvanda heç kim yoxdursa, sayıcı qapıya bildiriş qoyur. “Evdə çətin tapılan şəxslərə məktub” vasitəsilə sayıcı ev təsərrüfatına müraciət edir.
Prezident İlham Əliyevin Fərmanına əsasən keçirilən siyahıyaalınma oktyabrın 10-a kimi davam edəcək. On ildən bir keçirilən siyahıyalınmanın məqsədi əhalinin dəqiq sayı, iqtisadi inkişaf, infrastruktur, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumatlar əldə etməkdir.


Create Account



Log In Your Account