Oct 02 2019 19:40
Views: 359

Son 10 ildə Azərbaycanda həyata keçirilən islahatlar və sosial tədbirlər əhalinin  demoqrafik vəziyyətinin də yaxşılaşmasında özünü göstərib. Bunu CBC-yə müsahibəsində sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev deyib. Ekspert bildirir ki, xüsusilə işsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir. Vətəndaşların sosial rifahı yaxşılaşır. Sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır. Azərbaycanda əhalinin artması ölkənin  mövqelərini möhkəmləndirir.
Siyahıyaalınma dövlətə bu tədbirlərin davamı ilə bağlı ipucları verəcək. Başqa sözlə, Azərbaycan əhalisinin xəritəsini müəyyənləşdirmək mümkün olacaq. Budəfəki siyahıyaalama prosesinin daha təfərrüatlı olması da müsbət amil kimi qiymətləndirilir.
Ekspertlər bildirir ki, bütün bu məlumatlar idarəetmə baxımından da mühüm əhəmiyyət kəsb edir. Hökumətin növbəti addımlarında məhz bu göstəricilər əsas kimi götürüləcək.
Xatırladaq ki, müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999-cu ildə keçirilib. Müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artıb.


Create Account



Log In Your Account