Nov 13 2019 11:40
Views: 56

Bütün dünya hələ onilliklər öncə ekoloji təmiz avtomobillərə, hibridlərə keçidin önəmini anlayıb. İlk olaraq  Avropa İttifaqı ölkələri benzinlə işləyən avtomobillərdən imtina etməyə başlayıb. Bütün dünyanı bürüyən bu tendensiya tezliklə Azərbaycan avtomobil bazarına təsirini göstərməyə başlayıb. Bu gün Bakı yollarında elektromobillərin tanınmış bir növü olan hibridlərin  sayı artır. 2018-ci ildə ölkəyə 146  hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkəyə 609 belə maşın gətirilib.
Mütəxəssislər hesab edir ki, ölkəyə daxil olan elektromobillərə, o cümlədən hibridlərə güzəştlərin tətbiq olunması bu tip avtomobillərin Azərbaycan bazarına ayaq açmasını stimullaşdıracaq. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə avtomobillərdən istifadəni stimullaşdırmaq məqsədilə güzəştlərin tətbiq olunması təklifləri irəli sürüb. Təkliflərdən biri bu avtomobillərin satışının ƏDV-dən azad olunması, kredit və digər şərtlər daxilində bu avtomobillərin istismarını stimullaşdırmaqdır.
Azərbaycana hibrid maşınlar əsasən Gürcüstandan gətirilir. Mütəxəssislər isə rəsmi diler və distributor şirkətlərdən, eləcə də mənşə ölkəsinin sığorta şirkətlərində qeydiyyatdan keçmiş maşınları almağı tövsiyyə edirlər. 
Qeyd edək ki, bu gün dünyada 5 milyondan çox elektrik mühərrikli avtomobil var. Bu avtomobillərin 80%-i bir neçə ölkədə -ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveçdə istismar olunur. Qonşu Gürcüstanda ötən il idxal olunan avtomobillərin 1/3-də ekoloji avtomobil olub.

 


Create Account



Log In Your Account