Feb 19 2019 17:50
Views: 380

“Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur”. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə deyib. Bildirib ki, bu il həm də müharibə əlillərinə 170-180 avtomobil veriləcək. Nazir müharibə veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə görülən işlərdən də danışıb.

Nazir ötən dövrdə görülən işlər barədə də məlumat verib. Bildirib ki, Milli Qəhrəmanlara verilən aylıq təqaüd 1500 manata qədər artırılıb. Müharibə əlillərinin övladlarının təhsili isə dövlət hesabına ödənilir. Bu gün müharibə əlillərindən 20 min nəfər təqaüd və pensiya, şəhid ailələrindən isə 15 min nəfər sosial müavinət alır. Sosial müavinətlər və təqaüdlərin optimallaşdırılması üçün işlər görülür.

Son bir il ərzində özünəməşğulluq proqramı ilə yardım alan 7200 nəfərin 50-dən çoxu müharibə əlili, 150-dən çoxu isə şəhid ailələri olub. Sahil Babayevin sözlərinə görə, cari il üçün 7000-dən çox ailə özünəməşğulluq üçün nazirliyə müraciət edib. Onlar arasında ilk növbədə müharibə əlilləri və şəhid ailələrinə üstünlük veriləcək. Görüşdə sosial müdafiə sahəsində atılan addımlar, aparılan islahatlar müzakirə olunub. Müharibəsi əlilləri və veteranlarını, eləcə də, şəhid ailələrini narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account