Sep 19 2019 18:55
Views: 282

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və  Qarabağ müharibəsi əlillərinə daha 64 mənzil təqdim edib. Bununla da cari ildə bu kateqoriyadan olan şəxslərə təqdim olunan mənzillərin sayı 174-ə çatıb.

Abşeron rayonunun Saray Qəsəbəsində 20 mənzil şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə təqdim olunub. 2 və 3 otaqlı mənzillər püşkatma yolu ilə ailələlər arasında paylanılıb. Bütün mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Mənzillə təmin olunanlar cəmiyyətin həssas qruplarına dövlətin diqqət və qayğısından məmnunluq ifadə edib.

Şəhid ailələri və Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərə  2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib. İndiyədək ümumilikdə bu kateqoriyadan olan 6828 nəfər mənzillə təmin olunub.


Create Account



Log In Your Account