Jul 27 2019 18:26
Views: 238

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi Mənzillər Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov  bildirib ki, 2019-cu il sosail təminat və sosail müdafiənin gücləndirilməsi baxımından çox fərqli il olacaq. 
Mənzillə təmin olunan şəhid ailələri, eləcə də mübharibə əlilləri dövlət diqqət və qayğısından razılıq ifadə edib.
Şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb.  Bu gün təqdim edilən mənzillər də daxil olmaqla bu il artıq 110 mənzil verilib. Bununla şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 6764 mənzil təqdim edilib.

 


Create Account



Log In Your Account