May 08 2019 14:55
Views: 542

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri Şuşanın işğalı günündə Şəhidlər Xiyabanını ziyarət edib. İcma üzvləri, millət vəkilləri, Qarabağ müharibəsi veteranları şəhidlərin məzarlarını ziyarət edib, Əbədi Məşəl önünə əklil qoyublar.

Qeyd olunub ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi  öz dogma torpaqlarına qayıdacaqlarına inanırlar.  Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev qeyd edib ki, Şuşa sakinləri öz tarixi şəhərlərində, Azərbaycanın erməni vətəndaşları ilə birgə sülh şəraitində yaşamağa ümid edirlər. Birlik sədri beynəlxalq təşkilatların, eləcə də münaqişənin həllində vasitəçilik edənlərin xalqların sülhə hazırlanması çağırışına da münasibət bildirib. Qeyd edib ki, bunun üçün əsas şərt azərbaycanlı əhalinin öz dogma torpağına qayıtmasıdır.


Create Account



Log In Your Account