Jan 19 2019 17:49
Views: 426

20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı əsas  anım mərasiminin  keçiriləcəyi şəhidlər xiyabanı   vətəndaşların   ziyarəti üçün tam hazır vəziyyət gətirilib.  insanların rahat  ziyarət etmələri üçün  bütün lazımı tədbirlər görülüb .Faciənin  il dönümünün sabah qeyd olunmasına   baxmayaraq artıq bu gündən insanlar  ailəvi şəkildə   ziyarətə gəlir.

Ziyarətçilərin bir çoxu xiyabana öz azyaşlı övladları ilə gəlirlər. Onlara Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəmanlar haqqında danışırlar.

Sabah anım mərasimləri ilə əlaqədar olaraq  ziyarətçilərin rahat gediş - gəlişini təmin etmək üçün  şəhidlər xiyabanı  ətrafında olan əsas küçə və prospektlərdə  avtomobillərin  hərəkəti məhdudlaşdırılacaq. Saat 12-də ölkənin bütün ərazilərində  faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad ediləcək.

 


Create Account



Log In Your Account