Jan 16 2019 18:11
Views: 490

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 29-ci ildönümünün keçirilməsi ilə əlaqədar hazılıqlar başlayıb. Giriş hissədəki Şəhidlər Xiyabanı yazılmış lövhənin ətrafına qırmızı qərənfillər düzülüb, eləcə də 20 Yanvar yazılan böyük kompazisiyanın hazırlanması işlərinə start verilib. Xiyaban və onun ətrafında  təmizlik və abadlıq işləri aparılır. Bununla yanaşı xiyaban boyu bir neçə pilləkanın üstündə girişdəki kompazisiyanın kiçildilmiş forması quraşdırılıb.

Hazırlıq işlərinə baxmayaraq xiyabanı ziyarət edənlərin sayı kifayət qədərdir. Onların arasında balacalar və məktəblilər daha çoxdur.

20 Yanvar Azərbaycanda hüzn günü kimi qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Qanlı faciədə 137 nəfər şəhid olub, 744 insan yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. 1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib. Bir müddət əvvəl “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənədə əsasən ölkədə və xaricdə 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Yanvarın 20-də saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək.

 


Create Account



Log In Your Account