Jan 19 2019 15:33
Views: 495

20 yanvar hadisələrinin 29-cu ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyində anım tədbiri keçirilib. Amerikada yaşayan azərbaycanlıların, eləcə də türk icmasının, yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə 20 yanvar hadisələrinə bir daha nəzər salınıb. Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov bildirib ki, bu gün unudulmamalıdır. 20 yanvar Azərbaycan xalqının cəsarətinin və vətənpərvərliyinin ən bariz nümunəsidir. Tədbirdə çıxış edən rejissor, 20 yanvar hadisələrinin canlı şahidi Şamil Nəcəfzadə o gecə gördükəri, Azərbaycan xalqının şücaəti barədə danışıb. Bildirib ki, 20 yanvar hadisələri baş verən zaman Azərbaycan xalqı demək olar ki, blokadada idi və heç cür öz haqq səsini dünyaya çatdıra bilmirdi. Bir çox rejissorlar, o cümlədən Şamil Nəcəfzadə qanlı hadisələri lentə alaraq dünyaya çatdırmağa çalışıb. ABŞ-da iki sənədli film təqdim edən rejissor bildirib ki, yeganə istəyi dünyaya həqiqəti göstərməkdir.


Create Account



Log In Your Account