Mar 08 2019 15:21
Views: 890

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində dünyanın 6 ölkəsindən - Azərbaycan, ABŞ, Almaniya, Çin, Yaponiya və Rusiyadan olan pianoçular Bakıda, Heydər Əliyev Mərkəzinin səhnəsində toplanıb. Onlar dünya klassik musiqisinin ən nadir ifa olunan əsərlərindən biri -  fortepiano üçün “Heksameron” kompozisiyasını təqdim ediblər. O, italyan bəstəkarı Vinçentso Bellininin “Puritanlar” operasından “Puritan marşı” mövzusunda altı variasiyadan ibarətdir.
Musiqiçilər eyni zamanda solo ifalarını təqdim ediblər. Tanınmış pianoçuları Fuad İbrahimovun rəhbərliyi ilə simfonik orkestr müşaiyət edib.
“Heksameron” əsəri ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Orkestr notlarının çapından sonra notlar itirilib, nəşriyyat isə bağlanıb. Musiqiçilər uzun müddət notları və partituranı axtarıb. Nəhayət, onları tanınmış avstraliyalı pianoçu Lesli Hovardda tapmaq mümkün olub.
Əsərin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və strukturu, altı bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.


Create Account



Log In Your Account