Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 8936 nəfər müraciət edib. Bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova məkumat verib. bildirib ki, ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu aşkarlanıb. 27 faiz insanda isə hepatit B olub. Bu xəstəlik əsasən qanla yoluxur. Hər il milyondan çox insanın məhz hepatitdən dünyasını dəyişdiyi bildirilir. Diqqəti problemin miqyasına cəlb etmək üçün iyulun 28-i bütün dünyada hepatitlə mübarizə günü kimi qeyd olunur. Həkimlər bildirir ki, hepatitdən qorunmağın əsas yolu gigiyena qaydalarına əməl etməkdir. Eyni zamanda xəstəliyi vaxtında müalicəsinə başlamaqla ağır fəsadların qarşısını almaq olar.