Apr 08 2019 15:06
Views: 517

“Hestourex” - səhiyyə, idman və alternativ turizm sərgisinin sonuncu günü də maraqlı görüşlərlə yadda qaldı. Dünyanın 165 ölkəsindən 6 mindən çox nümayəndə bir araya gələrək, sağlamlıq turizmi ilə bağlı müzakirələr apardı. Türkiyə prezidentinin himayəsi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyəti ölkəmizin sağlamlıq turizmi imkanlarının daha geniş təbliği üçün yeni işgüzar əlaqələr qurdular. Tibb və turizm mütəxəssisləri xarici ölkə nümayəndələri ilə B2B formatında keçirdikləri görüşlərdə turizmin bu sahəsinin inkişafı üçün fikir mübadilələri apardılar.

Artıq üçüncü ildir keçirilən “Hestourex”də müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər. Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi ölkənin tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etməkdir.

Bu il “İdman turizmi” mövzusunda keçirilən konqres və sərgidə Azərbaycanla yanaşı, Estoniya, Litva, Rusiya, Almaniya və digər ölkələrin idman federasiyaları da təmsil olunur. 4 gün davam edən beynəlxalq tədbir çərçivəsində bir sıra maraqlı görüşlər, sərgilər, idman oyunları təqdim edildi. Eləcə də, tədbir iştirakçıları Antalyada yeni tibb müəssisəsinin açılışında iştirak etilər. Beynəlxalq sərgiyə qala-yeməklə yekun vuruldu. Dünya sağlamlıq turizminin inkişafına xidmət edən “Hestourex” öz işini 2020-ci ildə davam etdirəcək.

 


Create Account



Log In Your Account