Apr 05 2019 15:12
Views: 224

Dünyanın müxtəlif ölkələrindən alternativ turizm mütəxəssisləri Antalyada bir araya gəliblər. Ənənəvi olaraq hər il keçirilən “Hestourex-2019” - səhiyyə, idman və alternativ turizm konqresi və sərgisi bu il də ziyarətçilərin böyük marağına səbəb olub. Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbirə dünyanın 165 ölkəsindən 6 mindən çox səhiyyə, idman və turizm sahəsinin mütəxəssisləri qatılıb. Azərbaycan da burada nümayəndə heyəti ilə təmsil olunur. Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisinin direktoru Fərid Məcidovun sözlərinə görə, “Hestourex”  Azərbaycanda sağlamlıq turizminə böyük dəstək verir.

Türkiyə prezidentinin təşəbbüsü və himayəsi altında keçirilən “Hestourex-2019”un təntənəli açılış mərasimi Antalyanın Expo Mərkəzində baş tutdu. Tədbirdə Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri, dünyanın bir çox ölkələrinin təmsilçiləri və media mənsubları iştirak edirdi. Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sərginin əhəmiyyətindən söz açdı. Bildirdi ki,əsas məqsəd Türkiyənin tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsi aparmaqdır.

Sərginin builki mövzusu “İdman turizmi”dir. Burada Azərbaycanla yanaşı, Estoniya, Litva, Rusiyanın, Misir, Malayziya, Yunanıstan, Almaniya, Özbəkistan, Tunis, İran, Bosniya və Kiprin idman federasiyaları da yer alıb. Tədbirdə eləcə də, sağlamlıq turizminin uzmanları maraqlı fikir mübadiləsi aparıblar.

Sərgi çərçivəsində 50 min işgüzar görüşün keçirilməsi nəzərdə tutulur  və 30 milyard lirə ticarət həcmi hədəflənir. Beynəlxalq tədbir öz işini bu gün də davam etdirir.


Create Account



Log In Your Account