Apr 06 2019 15:23
Views: 375

“Hestourex” - səhiyyə, idman və alternativ turizm sərgisi bu gün də öz işini davam etdirir. Dünyanın 165 ölkəsindən 6 mindən çox mütəxəssis bu beynəlxalq tədbirdə iştirak etmək üçün Antalyaya gəlib. Sərgidə Azərbaycandan da nümayəndə heyəti təmsil olunur.

“Hestourex”in ikinci günü Azərbaycan təmsilçiləri B2B formatında görüşlərdə iştirak etdilər. Tibb və turizm sahəsinin peşəkarları xarici ölkələrdən olan mütəxəssislərlə qarşılıqlı əlaqələr qurdular, sağlamlıq turizmi ilə bağlı təcrübə mübadiləsi apardılar.

Artıq üçüncü ildir keçirilən “Hestourex-2019” - səhiyyə, idman və alternativ turizm sərgisində müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər. Məqsəd Türkiyənin sağlamlıq turizminə cəlb edilən əcnəbiləri həm də ölkənin adət-ənənəsi, mədəniyyəti ilə tanış etməkdir.

Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Türkiyənin tibb müəssisələrinə dünyanın hər yerindən turistlər cəlb etməkdir. Eləcə də, tibb sahəsinə dair müxtəlif ölkə təmsilçiləri ilə fikir mübadiləsi aparmaqdır. “İdman turizmi” mövzusunda keçirilən tədbirdə Azərbaycanla yanaşı, Estoniya, Litva, Rusiya, Almaniya və digər ölkələrin idman federasiyaları da təmsil olunur. Sərgi davam edir.


Create Account



Log In Your Account