Jun 15 2019 17:03
Views: 529

Milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir Azərbaycan tarixinin ən şanlı tarix səhifəsidir. Milli Qurtuluş gününün əhəmiyyətindən danışan YAP Gənclər Birliyinin sədr müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov mövzu ilə bağlı CBC-nin Xəbərlər buraxılışında qonaq olub, sualları cavablandırıb. 
R.Məmmədov bildirib ki, məhz Heydər Əliyevin səyi nəticəsində həmin dövrdəki hökm sürən xaos və anarxiyaya son qoyuldu. Ermənistanla atəşkəs rejimi əldə olundu. Bundan sonra isə nizami ordu quruculuğuna başlanıldı. Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoydu.


Create Account



Log In Your Account