Dec 29 2018 16:59
Views: 454

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak edibər. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib. Bu il Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, müstəqil Azərbaycan böyük uğurla inkişaf edir. 2018-ci ildə də bir sıra sahələrdə ciddi nailiyyətlər qazanııldığını diqqətə çatdırıb. Mehriban Əliyeva bildirib ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır. Son iki il ərzində 5000-dən çox məcburi köçkün və qaçqın ailəsi müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə təmin edildi. Məktəblərin, bağçaların tikilməsi, təmiri və ya yenidən qurulması, yeni Olimpiya İdman komplekslərinin inşası davam edir. Qeyd edib ki, ölkə rəhbərliyinin  həyata keçirdiyi siyasətin məqsədi hər bir Azərbaycan vətəndaşının rifahını təmin etməkdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bayram şənliyində uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar iştirak edibər. Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri, o cümlədən Bakı Kitab Mərkəzinin Yeni il ərəfəsində uşaqlar üçün nəşr etdiyi kitablar verilib. 

 


Create Account



Log In Your Account