Sep 16 2020 18:21
Views: 275

Bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Onlardan biri Gəncədə əsaslı şəkildə yenidən qurulan İdman liseyidir. Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov liseydə görülən işlərlə tanış olublar. İdman liseyinin dördmərtəbəli yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 360 yerlik liseydə 18 sinif otağı var. Xatırladaq ki, Azərbaycanda hazırda 4500-ə qədər məktəb var. Son 17 ildə bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bundan başqa, son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblərin inşasına da start verilib. Bu il modul tipli 60 məktəbin tikintisinə başlanılıb. bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib.


Create Account



Log In Your Account