Jun 11 2019 18:45
Views: 264

Ötən əsrin 90-cı illərində Azərbaycanda ağır dövrlər idi. Ölkədə ictimai-siyasi sabitlik pozulmuş, hakimiyyətdəki şəxslərin cəmiyyətə, vətəndaşlara səbatsız yanaşması ağır fəsadlar törətmişdi. Həmin dövrü xatırlayan YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyir ki, 1993-cü ildə bu hadisələr kulminasiya nöqtəsinə gəlib çatmışdı.

Vətəndaş müharibəsi astanasında olan Azərbaycana xaricdən müdaxilə nəticəsində cəmiyyətin parçalamaq meylləri görünürdü. Belə bir durumda xalqın ayağa qalxması təbii idi. İnsanlar daim onların yanında olan və xalqı düşünən Heydər Əliyevi Bakıya çağırdılar. Aydındır ki, həmin dövrdə Heydər Əliyev qayıtmasaydı, bugünkü qüdrətli Azərbaycan dövlətinin varlığından söhbət gedə bilməzdi.

Vüqar Rəhimzadənin sözlərinə görə, məhz Heydər Əliyevin qayıdışı ilə vətəndaşlar rahat nəfəs almağa başladılar. Milli lider sonrakı illərdə də ölkədəki sabitliyi pozmaq, dövlət çevrilişi cəhdlərini, xarici havadarların əli ilə sabitliyə qarşı yönəlmiş təhdidləri aradan qaldırdı.


Create Account



Log In Your Account