Apr 22 2019 18:26
Views: 1223

Heydər Əliyev Mərkəzinin parkında “Gəlin, birgə oxuyaq!” şüarı altında  “Oxu günü” keçirilib. Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar da öz stendlərində müxtəlif nəşrləri nümayiş etdiriblər. Tədbiri təhsil naziri Ceyhun Bayramov açıq elan edib. Nazir stendlərlə tanış olub, məktəblilərin  çıxışlarına tamaşa edib. Bildirib ki,əsas məqsəd müxtəlif üsullarla, fərqli yollarla uşaqlara kitab oxumağın üstünlüklərini aşılamaqdır. Çünki şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında mütaliə əvəzsiz rol oynayır.

Ənənəvi oxu günü Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.

“Gəlin, birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır. 

Sonda tədbir bayram konserti ilə davam edib.

 


Create Account



Log In Your Account