May 06 2019 19:12
Views: 290

 “Ulu öndər Heydər Əliyevin və 2003-cü ildən prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə insanların güzəranının yaxşılaşdırılması başlıca yer tutub”. Bunu baş nazirin müavini Əli Əhmədov “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə deyib. Bildirib ki, son bir neçə ayda qəbul edilən qərarlar vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli mərhələ təşkil edir. Elə bir təbəqə yoxdur ki, bu qərarlardan faydalanmasın.

Baş nazirin müavininin sözlərinə görə, bundan sonra da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün quruculuq və inkişaf illəri olduğunu söylədi. Bildirdi ki, 1993-2003-cü illərdə maliyyə çətinliklərinə baxmayaraq, pensiyalar 8 dəfə, orta aylıq əmək haqqı 6 dəfə artırılıb.

Nazirin sözlərinə görə, 2003-cü ildən indiyə qədər orta əmək haqqı 7 dəfə, pensiya 9 dəfə artırılıb. Bu günə qədər 12 mindən çox şəhidin ailəsinə 11 min manat vəsait ödənilib.


Create Account



Log In Your Account