Jun 26 2019 19:30
Views: 185

Silahlı Qüvvələr Günü münasibəti ilə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 60 mənzil təqdim edilib. Mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib. Prezident İlham Əliyevin göstərişi ilə ilin sonunadək daha 740 mənzilin açarı sözügedən kateqoriyadan olan sahiblərinə təhvil veriləcək. 
Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Bu il isə 600-ə yaxın Qarabağ əlilinə avtomobil verilməsi planlaşdırılır. Artıq 150 avtomobil sahiblərinə təqdim edilib. Ümumilikdə indiyədək 6300-dək Qarbağ əlili avtomobillə təmin olunub.  

 


Create Account



Log In Your Account