Jun 26 2019 18:52
Views: 290

26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə şəhid hərbçilərin övladları üçün robotiks təşkil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün ustad dərsi keçirilib. Eyni zamanda, onlar dron uçuşlarında iştirak ediblər. Tədbir çərçivəsində şəhid övladlarının inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil olunub. Uşaqlara robotların işləmə mexanizmləri və dron texnologiyaları, onların yığılması, test edilməsi əyani şəkildə izah edilib.


Create Account



Log In Your Account