Jul 16 2019 18:28
Views: 827

Bakıda ilk dəfə Dünya İslam Kulinariya Konqresi keçirilir.  Tədbirə 25 ölkədən iştirakçılar qatılıb. Həm də dünyada ilk dəfə olaraq restoranlara və aşbazlara "Hilal Star" mükafatı verilməsi məsələsi də müzakirə olunub.

Eyni zamanda, İslam mətbəxini hazırlayan aşbazlara da gələcəkdə “Hilal star” mükafatının verilməsi nəzərdə tutulur.

Konqresdə Dünya İslam Kulinariya Birliyinin ofisinin daimi olaraq Azərbaycana köçürülməsi məsələsi öz həllini tapıb. Konqres zamanı  qurumun  daxili məsələləri, proqramı, yeni layihələri müzakirə edilib.

Konqres çərçivəsində aşbaz və qənnadçıların İslam mətbəxi yarışları, WİCS kateqoriyalı münsif kursları da keçiriləcək. Münsiflər kurslarında ali təhsili olan 30-a yaxın usta aşpazlar iştirak edəcək.

Konqres çərçivəsində Heydər Əliyev Fondunun Rusiyada keçirdiyi maraqlı müsabiqənin nəticələri də elan olunub. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva tanınmış azərbaycanlı kulinar, yazıçı və fotoqraf  Stalik Xankişiyevlə birlikdə rus əsilli aşbazla arasında Azərbaycan mətbəxinə dair yeməklərin hazırlanması üzrə müsabiqə keçirib. Finala vəsiqə qazanan 7 iştirakçı Bakıya gəlib.

Sabah eyni məkanda II İslam Kulinariya çempionatı keçiriləcək. Yarışmada müxtəlif ölkələrdən olan aşbazlar İslam mətbəxinə dair yeməkləri təqdim edəcəklər.


Create Account



Log In Your Account