May 05 2018 16:15
Views: 558

Bakıda ilk dəfə həkimlərlə qara ciyər və böyrək köçürülmüş pasiyentlər arasında futbol oyunu keçirilib. Qarşılaşma  “Donor ol, həyat bəxş et” layihəsi çərçivəsində baş tutub. Məqsəd orqan köçürülən xəstələrin cəmiyyətə inteqrasiyasını sübut etməkdir.
Son 10 ildə Mərkəzi Neftçilər Xəstəxanasında 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb, iki çarpaz böyrək əməliyyatı icra edilib. Bu il 7 xəstəyə qaraciyər, 32 xəstəyə isə böyrək köçürülməsi əməliyyatı icra olunub. Bu il baş tutan əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlaşma qeydə alınmayıb. 
Gərgin mübarizə şəraitində keçən oyunda elə ilk dəqiqələrdən üstünlük pasiyentlərin tərəfində olub. Matçın gedişatında üstünlüyü əldən verməyən xəstələr sonda oyuni qələbə ilə başa vurublar.


Create Account



Log In Your Account