Apr 10 2019 17:36
Views: 523

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər bilavasitə münaqişənin həllini əngəlləyən məsələdir. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə Bölməsində keçirilən “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfransda belə deyib. Bildirib ki, Ermənistan atəşkəs rejiminin arxasında gizlənərək riyakarcasına Azərbaycanın işğal olunmuş ərazilərinin təbii resurslarını talan edir, həmçinin demoqrafik vəziyyəti dəyişdirir.  Hikmət Hacıyev konfransda müzakirə olunan məsələlər barədə CBC-yə açıqlama verib.


Create Account



Log In Your Account