Jun 12 2019 16:03
Views: 211

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənsitanın özünün inkişafına təkan verə bilər. Prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında Atlantik Şurasında çıxışı zamanı belə deyib. Avropa İttifaqının bununla bağlı apardığı araşdırmanı xatırladan Hikmət Hacıyev deyib ki, münaqişənin həlli Ermənistanı düşdüyü çətin iqtisadi durumdan çıxara bilər. Amma rəsmi Yerevan münaqişənin həlli ilə bağlı danışıqlardan yayınır. Prezident administrasiyasının şöbə müdiri amerikalı ekspertlərin danışıqların gedişi ilə bağlı suallarını cavablandırıb. Bildirib ki, Azərbaycan prezidenti konstruktiv yanaşma nümayiş etdirərək Düşənbədə Ermənistanın baş naziri ilə birbaşa danışıqlara qatılıb. Amma Ermənistan danışıqları pozmaq üçün təxribatlardan əl çəkmir. Hikmət Hacıyev cəbhədə baş verən son hadisələr barədə də amerikalı ekspertləri məlumatlandırıb.


Create Account



Log In Your Account