Oct 05 2019 17:41
Views: 259

Azərbaycan Prezidenti Valday Beynəlxalq Diskussiya klubunun toplantısında çıxışı zamanı Ermənistan baş nazirinin Qarabağın  Ermənistana məxsus olması barədə uydğurma tezislərini darmadağın etdi. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CBC-yə açıqlamasında belə deyib. Bildirib ki, dövlət başçısı beynəlxalq auditoriyanın qarşısında Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını faktlarla bəyan edib.
Bu müzakirələri, eləcə də Azərbaycan prezidentini erməni yalanlarını ifşa edən çıxışını dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri geniş auditoriyaya canlı yayımlayıb. Prezident İlham Əliyevin münaqişənin tarixi ilə bağlı məqamlara aydınlıq gətirməsi Nikol Paşinyanın son vaxtlar səsləndirdiyi uydurmaları alt-üst edib.
Hikmət Hacıyev bildirir ki, Azərbaycan prezidentinin Rusiya dövlət başçısının dəvəti ilə bu foruma dəvət olunması ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Dövlət başçısının Rusiyaya işgüzar səfəri əlaqələrin inkişafı baxımından da önəmli olub.
Xatırladaq ki, Azərbaycan prezidenti Rusiyaya işgüzar səfəri çəçrivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüş də keçirib. Dövlət başçısı qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafında müsbət dinamika müşahidə olunur. əmtəə dövriyyəsini hər il artır. Ötən il  təqribən 20 faiz artımdan danışırılırdısa, bu il artım daha çox olub. Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. İki ölkə hərbi-texniki sahədə fəal əməkdaşlıq edir. Rusiyadan texnika alınması çərçivəsində artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Amma tərəflər bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlib.


Create Account



Log In Your Account