Jul 22 2020 18:10
Views: 327

Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətməsi təsadüfi deyil. Məhz bu əraziyə yaxın bölgədən Avropa üçün də önəmli olan strateji enerji və nəqliyyat layihələri keçir. Bunu France24 kanalına müsahibəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Bildirib ki, Azərbaycan dövlət sərhədində Ermənistana qarşı heç  bir əməliyyat başlamayıb. Çünki bu ərazinin təhlükəsizliyi və sabitliyi Azərbaycan üçün çox önəmlidir. Amma sərhəddə təxribata başlayan Ermənistan bir neçə məqsəd güdür.


Create Account



Log In Your Account