Jun 11 2019 15:49
Views: 388

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycan diasporunun üzvləri ilə görüşüb. ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov da iştirak edib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin tanıdılmasında Amerikadakı diasporun xüsusi rolu var. Ermənistanın informasiya müharibəsinə toxunan Hikmət Hacıyev onlara layiqli cavab verilməsində soydaşlarımızın rolunu yüksək qiymətləndirib.


Create Account



Log In Your Account