Oct 31 2019 16:30
Views: 157

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş çox müsbət və məhsuldar oldu. Ümid edirəm ki, Prezident İlham Əliyev yenə də Londona səfər edəcək və onunla görüşmək imkanımız olacaq”. Bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "British Council"in “Karyera imkanlarının artırılması”proqramına həsr olunan tədbirdə deyib. Onun sözlərinə görə, Böyük Britaniya təcrübəsindən faydalanaraq onun resurslarından istifadə ölkələr arasında körpülərin yaranmasına kömək edir.

"British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah isə bildirb ki, təhsil "British Council"ın millətlər arasında əlaqələr və etimad yaradılması üçün həyata keçirdiyi proqramın vacib hissəsidir. Onun sözlərinə görə, dünya bazarı sürətlə dəyişir  və çoxları hazırda ehtiyac duyulmayan peşələrin sahibidir. Buna görə də çevik olmaq və ani dəyişikliklərə uyğunlaşmaq lazımdır.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, kritik tənqidi düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır. Nazir qeyd edib ki, müasir iqtisadiyyatda ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daima öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz. Qeyd edib ki, Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib.

İlk dəfədir keçirilən Forum Birləşmiş Krallıq və Azərbaycandan olan siyasətçilər, universitetlər və tədqiqatçıları bir araya gətirir. Forumun məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onları yerli və qlobal səviyyədə daha rəqabətə davamlı etmək imkanlarını artırmaqdan ibarətdir.


Create Account



Log In Your Account