Oct 18 2019 15:50
Views: 939

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlər bağlı bəyanatındakı bəzi məqamlar Ermənistanı ciddi narahat edir. Xüsusilə də bəyanatda Dağlıq Qarabağın Azərbaycanlı icmasının münaqişənin maraqlı tərəfi kimi qeyd edilməsi onu göstərir ki, artıq ermənilərin saxta iddiaları qəbul olunmur. Bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib.  Onun sözlərinə görə, görüş faktının özü böyük əhəmiyyət daşıyır. 
ATƏT-in Minsk qrupunun həmsdərlərinin bölgəyə bu dəfəki səfəri zamanı Dağlıq Qarabağın Azərbaycanlı icması ilə də görüş keçirməsi danışqlar prosesində müsbət amil kimi dəyərləndirilə bilər. Bunu CBC-yə müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
Həmsədrlərin səfərindən gözləntilər isə əsasən humanitar məsələ, xüsusilə də əsirlərin dəyişdirilməsi ilə bağlıdır. Ekspertlər bildirirlər ki, keçirilən görüşlər, səfər zamanı aparılan danışıqlar bu məsələyə nikbin yanaşmağa imkan verir. 
Ekspertlər hesab edirlrə ki, Azərbaycan prezidentinin Valday forumundakı çıxışı, Soçidə keçirdiyi görüşlər, sonradan MDB dövlət başçılarının toplantısında səsləndirdiyi bəyanatlar həmsdərlərin də hərəkətə keçməsinə təkan olub. Odur ki, danışıqlar prosesindən irəliləyiş gözləmək olar.  

 


Create Account



Log In Your Account