May 22 2019 14:22
Views: 231

“Mənəviyyat birlik, sülh və rifahın vəhdəti kimi” -  Şirvanşahlar Sarayı Kompleksində təşkil olunan fəslsəfi mühazirə belə adlanır. Tədbirdə məşhur yoqa təlimçisi Didi  Santoş Kukreca çıxış edib. O, raca-yoqa anlayışın indiyədək bilinməyən tərəflərindən, Uzaq Şərqin mənəvi aləmindən söz açıb, sualları cavablandırıb.

Byenəlxalq Brahma Kumaris mənəvi universitetinin pedaqoqu olan Didi Santoş Kukreca uzun illər MDB və Baltikyanı ölkələrdə seminar və mühazirələrlə çıxış edib. O, Azərbaycanda bir neçə dəfə olub və artıq burda yoqa ilə daha çox insanın maraqlandığını deyir.

Qeyd edək ki, məşhur yoqa təlimçisi ilə görüş dünya yoqa günü münasibətilə təşkil olunub. Hər il iyunun 21-də qeyd olunan bu gün münasibətilə bir ay əvvəlcədən müxtəlif tədbirlərə start verilib. Hindistanın Azərbaycandakı səfirliyi bu tədbirlərə dəstək verir.

Qeyd edək ki, beynəlxalq yoqa günü 2014-ci ildə təsis olunub. Hindistanın baş naziri bununla bağlı BMT-də təşəbbüslə çıxış edib. BMT üzvü olan ölkələrin əksəriyyəti bu təşəbbüsü dəstəkləyib.


Create Account



Log In Your Account