Jan 26 2019 15:04
Views: 426

Hər il yanvarın 27-də Holokost qurbanlarının Beynəlxalq Anım günü qeyd olunur. Bu barədə qətnaməni BMT-nin Baş Assambleyası  2015-ci ilin noyabrın 1-də qəbul edib. Sənədin qəbul edilməsinin təşəbbüskarları İsrail, Kanada, Avstraliya, Rusiya, Ukrayna, ABŞ, həmmüəllif kimi isə 90-dan çox ölkə çıxış edib.

Holokost - insanlıq tarixinin ən böyük cinayətlərindən biridir. İkinci Dünya müharibəsi illərində alman faşist rejiminin yəhudi xalqına qarşı törətdiyi dəhşətli soyqırımıdır. Anım gününün tarixi təsadüfi seçilməyib. 1945-ci ilin yanvarın 27-də Sovet ordusu Polşada yerləşən Osventsim ölüm düşərgəsini azad edib. Burada müxtəlif dəyərləndirmələrə görə, bir milyon yarımdan 4 milyona qədər adam ölüb. Osventsimdə ölənlərin dəqiq sayı müəyyən edilməyib, belə ki, sənədlərin çoxu məhv edilib. Bəzi sənədlərə görə, Holokost faciəsi nəticəsində 6 milyon yəhidi qətlə yetirilib.

TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman deyir ki, bu günlərdə dünyanın bir çox ölkələrində Beynəlxalq Holokost Gününün qeyd edilməsi faktı ondan xəbər verir ki, dünya faşizm illərində yəhudi xalqına qarşı törədilən bu faciəni unutmur.

“Günahsız qurbanların xatirəsi hər il anılır. Bu insanların sayı milyonlarladır. Onlar sadəcə yəhudi millətinə aid olduqları üçün qətlə yetiriliblər. Bu, dəhşətli bir cinayətdir” .

Holokost illərində Azərbaycan özlərinin və uşaqlarının həyatını nasistlərdən xilas etmiş Avropa yəhudiləri üçün azsaylı sığınacaqlardan biri olub. Sonralar isə əsl Vətənə çevrilib. Azərbaycanlılar Avropa yəhudilərini öz doğmaları kimi qəbul edib. Onlar burada sülh şəraitində xoşbəxt yaşayırlar.

XX əsrdə Azərbaycan xalqı da yəhudilər kimi soyqırıma məruz qalıb. Erməni millətçilərinin törətdikləri qırğının qurbanı olub. 1918-ci ildə Bakı, Şamaxı, Quba və digər şəhərlərdə on minlərlə günahsız insan qətlə yetirilib. Azərbaycanlılara qarşı növbəti qoyrımı iyirminci əsrin 90-cı illərinin əvvəllərində törədilib. Ermənistan Azərbaycan torpaqlarının işğalına başlayıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər.

1992-ci il fevralın 26-da isə erməni hərbçiləri Xocalı şəhərində soyqırımı törədiblər, 613 dinc sakini qətlə yetiriblər. Təkcə kişilər deyil, uşaqlar, qadınlar, yaşlı insanlar da xüsusi qəddarlıqla öldürüblər. Xocalı və Holokost soyqırımları zaman etibarı ilə bir-birindən fərqli vaxtlarda törədilsə də, mahiyyətcə oxşar faciələrdir.

Hər iki soyqırımı bütün dündaya insanlığa qarşı böyük cinayət hadisəsidir. Bu faciələrin qurbanlarının anım günü həm də ksenofobiya ilə gələcək mübarizəyə çağırışdır.


Create Account



Log In Your Account