Jan 05 2019 18:09
Views: 555

Tarixi Horadiz əməliyyatından 25 il ötür. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində 21 min hektar ərazi – Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 702 saylı hərbi hissə ilə yanaşı, Daxili Qoşunların, sərhədçilərin, polislərin də yaxından iştirak etdiyi əməliyyat zamanı ermənilər çoxlu sayda canlı qüvvə, hərbi texnika itirib.

İşğaldan azad edildikdən sonra Horadizdə və digər yaşayış məntəqələrində infrastrukturun bərpa edilib. Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün qəsəbələr salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib.

Horadiz əməliyyatından 22 il sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusu hərb tariximizə daha bir şanlı səhifə yazıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində yüzlərlə hektar torpağımız, o cümlədən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğaldan azad olunub. Bu yüksəkliyin geri alınması ilə Horadiz şəhərinə, Horadiz və Qazaxlar kəndinə, Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində olan Azərbaycan Ordusunun mövqelərinə olan təhlükəni aradan qaldırılıb.

Bu gün “Böyük Qayıdış”ın başlanğıcı sayılan Cocuq Mərcanlıda yeni həyat qaynayır. Bütün məcburi köçkünlər inanırlar ki, bu qayıdışın davamı tezliklə işğal altındakı digər torpaqlarımızda da olacaq.


Create Account



Log In Your Account