Aug 29 2019 18:29
Views: 233

Füzulu rayonunun Horadiz şəhərində sovet dövründə mərkəzləşdirilmiş  su təchizatı sistemləri mövcud olsa da, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etməsindən sonra şəhərin yaşayış evləri və kommunal infrastrukturu, o cümlədən su təchizatı sistemləri dağıdılıb. Son illər Horadiz şəhərinin inkişafı və böyüməsi, həmçinin mövcud infrastukturun köhnəlməsi əhaliyə keyfiyyətli xidmət göstərilməsinə imkan vermirdi.  
Dövlət başçısının Sərəncamına əsasən, 2019-cu ilin may ayında Horadiz şəhərində yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, ilkin mərhələdə Horadiz şəhərinin mərkəzi hissəsinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 subartezian quyusu qazılması nəzərdə tutulub. Hazırda quyuların qazılması ilə paralel olaraq 100 kubmetr həcmində sutoplayıcı anbarın və nasos stansiyasının tikintisi davam etdirilir. Su mənbəyindən Horadiz şəhərinə qədər 2,6 km uzunluğunda magistral su xəttinin tikintisi yekunlaşıb. Şəhərin dayanıqlı su ilə təchizatı məqsədilə ümumi tutumu 3000 kubmetr olan 2 su anbarı inşa olunacaq. həcmi 1500 kubmetr olan birinci anbarın tikintisi davam etdirilir.   
İlkin mərhələdə bu layihədən 6 minədək sakin faydalanacaq. Növbəti mərhələdə görüləcək işlər bütün Horadiz şəhərini əhatə edəcək. Bu məqsədlə 3 yeni subartezian quyusunun qazlıması, şəhərdaxili su şəbəkəsinin 70 km-dək genişləndirilməsi, ev birləşmələrinin sayının 3500-ə çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində gələcəkdə rayonun Mollaməhərrəmli və Arayatlı kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. 
Ümumilikdə, bu layihədən 15 min sakin faydalanacaq. İlkin qiymətləndirmələrə görə Horadiz şəhərində 48 km tullantı su şəbəkəsinin, 2 km kollektorun tikintisi və 2500 ünvanın kanalizasiya şəbəkəsinə qoşulması planlaşdırılır. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib.

 


Create Account



Log In Your Account