Mar 26 2020 19:04
Views: 166

Müxtəlif ölkələrdə koronavirusun sürətlə yayılması səbəbindən insanlar uzaqdan işləməyə üstünlük verirlər. Məsafədən işləmə formatı Azərbaycanın müxtəlif şirkətləri və strukturlarında da tətbiq olunur. Mütəxəssislər uzaqdan işləməyin üstünlüklərinı sadalayırlar.   

Ekspertlərin fikrincə, proqramçıların evdən işləmək üçün şansı daha çoxdur. Bu format dizayner və yaradıcı peşə sahibləri üçün də əlverişlidir. Marketinq, reklam, PR, SMM mütəxəssisləri də evdən işləyə bilərlər. Amma bu formata uyğun gəlməyən işlər də var.

Məsafədən işləməklə həmçinin əlavə qazanc yeri də əldə etmək olar. Suvenir məhsullarının hazırlanması əlavə gəlir üçün yeganə vasitə deyil. Bu gün frilanser xidmətlərə də tələb olduqda böyükdür. Bu xidmətlər daha çox jurnalistika, kompüter proqramlaşdırması, dizayn, tərcümə, ekspert konsultasiyası və bir çox digər sahələrdə istifadə olunur.


Create Account



Log In Your Account