Nov 08 2019 19:04
Views: 104

Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın Gənclər Birliyinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş “Hər rəngində mən varam” adlı filmin təqdimatı keçirilib.
Əvvəlcə dövlət bayrağına həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bayraq hər bir dövlətin qürur mənbəyi, simvoludur. Seymur Orucov qeyd edib ki, bu gün dünyanın 150-yə yaxın dövlətində bayrağımız dalğalanır. YAP Gənclər Birliyinin fəalları dövlət bayrağına həsr olunan şeirlər səsləndiriblər.  “Hər rəngində mən varam” adlı film nümayiş olunub.

 


Create Account



Log In Your Account