Jun 22 2019 17:29
Views: 308

Bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır. Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasimdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib. Bildirib ki, bütün bunlar prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir.
Nizam Osmanov qeyd edib ki, Azərbaycan ordusunun peşəkarlığının artırılmasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin böyük rolu var. buraxılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitlərlə yanaşı ictimaiyyət nümayəndələri, veteranlar, məzunların ailə üzvləri iştirak ediblər.
Ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar. Məzunlar və valideynləri bu günün sevincini bölüşüblər. Onların hər birinin əsas arzusu isə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlıdır.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.


Create Account



Log In Your Account