Apr 01 2020 18:30
Views: 332

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin uzadılması koronavirus pandemiyası ilə bağlı bu dönəmdə riskin azaldılmasına hesablanıb. Ekspertlər bu qənaətdədir. Hərbi ekspert Şair Ramaldanov deyir ki, bu qərar Azərbaycan Silahlı Qüvvələrinin  əsgərlərin və şəxsi heyətin koronavirusa yoluxma riskinin qarşısını almaq məqsədilə verilib. Bu, heç bir halda şəxsi heyət və əsgərlərin döyüş hazırlığına təsir etməyəcək.

Koronavirus haqqında hərbi hissələrdə maarifləndirmə işləri aparılıb və qabaqlayıcı tədbirlər görülüb. Müdafiə Naziriliyinin göstərişi ilə dezinfeksiya işləri aparılıb, texnikaların, hərbi hissələrin əraziləri təmizlənib. Bu məsələ nəzarət altına alınıb.

Bununla yanaşı hərbi çağırışların sayının azaldılması da müzakirə olunur. Təkliflərdən biri hərbi çağırış sayının 4-dən 2-yə endirilməsi, yaz və payızda aparılmasıdır. Ekspertlər qeyd edirlər ki, bu təcrübə Azərbaycanda vaxtilə tətbiq olunub.


Create Account



Log In Your Account