Sep 18 2019 18:57
Views: 263

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə reallaşdırılıb. Prezident  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Hərbiyyə” düşərgəsinin üçüncü dəfə təşkil olunduğunu diqqətə çatdırıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov sərhədlərimizin etibarlı mühafizəsi, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

İki gün davam edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçirilir. Layihə çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində təlimatlandırılaraq “Tufan” tipli gəmilərdə yerləşdiriliblər. İştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, “Tayfun” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. “Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca beşinci hərbi vətənpərvərlik düşərgəsidir.


Create Account



Log In Your Account