Jun 04 2019 17:27
Views: 304

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrat Ticarət Şirkəti” MMC Azərbaycanda aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verib. Layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılmasına nail olmaqdır. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, kənd təsərrüfatının inkişafı həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan verir. Nazirin sözlərinə görə, “Şəhərdən kəndə” layihəsi kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir.

Azərbaycanda qısa müddət ərzində milli parkların sayı 10-a çatdırılıb. Milli parklarda 100-dən yuxarı turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib. Gələn qonaqlara kəndlərin tarixi, xüsusiyyətləri, istər yerli, istərsə də xarici turistlərin maraq dairəsinə aid imkanları, qonaq evlərinin siyahısı verilir və kəndlərin qastronomik imkanları təbliğ edilir.

Layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq, onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq və gəlirləri artacaq. Artıq fermerlər bu layihə üçün hazırlanan sayt vasitəsilə qeydiyyatdan keçərək layihədə iştirak edə bilərlər.  


Create Account



Log In Your Account