Jul 05 2019 17:05
Views: 156

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında İran İslam Respublikası tərəfindən təklif olunan  Hirkan meşələri Dünya İrs siyahısına daxil edilib. Nominasiya verilən sahə Xəzər dənizinin sahilindəki zolaqda, 15 km sahədə yerləşir. Hirkan meşələrinin ümumi ərazisi 1 milyon yarım hektar təşkil edir. Burada hazırda 500-ə yaxın quş növü məskən salıb.

Müzakirələrdə Azərbaycan tərəfi də aktiv iştirak edib. Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov deyib ki, Hirkan meşələrinin regionun ekosisteminin qorunmasında önəmli rol oynayır. İranı uğurlu nominasiya münasibəti ilə təbrik edən azərbaycan nümayəndəsinin sözlərinə görə, Hirkan meşəsi müstəsna universal dəyərə malikdir və Azərbaycan gələcəkdə bu sahənin vahid bölgə kimi nominasiyaya salınmasına çalışacaq.

İran nümayəndəsi Azərbaycan tərəfinə dəstək üçün təşəkkürünü bildirib və layihənin genişlənmiş variantının birgə hazırlanmasına etiraz etmədiklərini açıqlayıb.

İlk olaraq Çinin təqdim etdiyi nominasiya - Sarı dənizin sahilində Bohai boğazında, miqrasiya edən köçəri quşların təbii sahəsinin Dünya İrsi Siyahısına salınması məsələsinə baxılıb. Bu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Bakı sessiyasında Dünya İrs Siyahısına salınan ilk nominasiyadır. Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl nəzərdən keçiriləcək.


Create Account



Log In Your Account