Nov 05 2019 15:59
Views: 963

"Müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib.” Bu fkirləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə təşkil etdiyi tədbirdə deyib. Onun sözlərinə görə, müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib. Azərbaycanda teleradio fəaliyyəti ilə məşğul olan strukturlar ən müasir texnoloji yeniliklərlə təmin olunublar.

 Əli Həsənov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərib. Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Ölkə əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Bildirib ki, teleradio eyni zamanda, Azərbaycanın ən yaxşı nümunələrini dünyada tanıdır.


Create Account



Log In Your Account