Apr 07 2020 19:32
Views: 306

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası bu gün başa çatıb. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaşı 65-dən yuxarı olan 176 nəfər əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyevin sözlərinə görə, humanistliyin mühüm təzahürü olan bu addımlar ölkə başçısının bu ağır günlərdə öz vətəndaşına xüsusi qayğısını göstərdi. Bu gün əfvə düşən şəxslərdən ən yaşlısı 87 yaşındadır. Ümumilikdə əfv olunanlar arasında cəza müddətinin bitməsinə az qalanlar, ömürlük məhkum olunanlar da var. Şərəncamın şamil olunduğu məhkumların 11-I qadınlardır. Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların əfv olunması barədə sərəncam imzalayıb. Dövlət başçısı məhkumların özlərinin və onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq bu qərarı verib.


Create Account



Log In Your Account